İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il 5 akselerasiya proqramı reallaşdırıb

13.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 akselerasiya proqramı reallaşdırıb.

"Report" xəbər verir ki, bunu Agentliyin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun builki fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

"Bu layihələr çərçivəsində 1 milyon avro investisiya cəlb edilib, 10 "roadshow" səfəri təşkil edilib. Bu səfərlər zamanı 500 min ABŞ dolları məbləğində investisiya və əməkdaşlıq müqavilələri imzalanıb", - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью