Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir. - + İnnovasiya və Təchizat Mərkəzi yeni tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən qurum qalmaqallı şirkətlə satınalma müqaviləsi imzalayıb.
Rəsmi qaynaqlarda bildirilir ki, müqaviləyə əsasən Nərimanov Tibb Mərkəzində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz, alət və tibbi inventarlar”ın satın alınması qərarlaşıdırlıb.
Bu məqasədlə “VİTTA ELMİ-TEXNİKİ” MMC ilə 5.816.360,42 manatlıq razılaşma əldə olunub.
Qeyd edək ki, bu şirkət 1991-ci ildə yaradılıb və onun sahibi Kamil Quliyevdir.
Bu şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, rəhbərlik etdiyi şirkətin davamlı olaraq məhkəmə çəkişmələrinə qarışdığı aydın görünür.
Belə ki, bu ilin yayında Mərkəzi Bank “Vitta Elmi-Texniki” MMC barəsində inzibati protokol tərtib edib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub.