İnnovativ sahibkarlara güzəştlər üçün YENİ MEYARLAR

30.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Prezidentin təklif etdiyi dəyişikliklər innovativ fəaliyyətə dövlət dəstəyinin konkret meyarlarla, ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirilməsini nəzərdə tutur.

Azər Əmiraslanov qeyd edib ki, dəyişikliklər güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsinə və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, əsas məqsəd innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır. 

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью