“İnqilab başladı, Makron devrildi!” 2 polis güllələndi

21.06.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransada 82 yaşlı kişinin hərəkətləri ölkədə rezonans doğurub.

Hadisə Fransanın Er və Luar departamentində baş verib.

Le Parisien nəşrinin məlumatına görə, axşam saatlarında bir qadın polisə müraciət edərək 82 yaşlı ərinin tüfəng və patronları götürərək evdən çıxdığını bildirib. Qadının sözlərinə görə, kişi “Bu, inqilabdır!” və “Makron devrildi!” deyə qışqıraraq naməlum istiqamətdə uzaqlaşıb.

Silahlı şəxs daha sonra bağlardan birində gizlənib. Hadisə yerinə gələn jandarmlar onunla danışaraq vəziyyəti nəzarətə götürməyə çalışsalar da, kişi onların istiqamətində üç dəfə atəş açıb.

Nəticədə iki jandarm yaralanıb. Atışma zamanı 82 yaşlı kişi də yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью