Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Habbl” teleskopunun anası kimi tanınan Nensi Qreys Roman (1925–2018) NASA-nın astronomiya şöbəsinin ilk rəhbəri olub. O, Kainatın Yerin atmosferindən kənardan - kosmosdan öyrənilməsini əsaslandırıb və bu istiqamətdə ilk layihəyə rəhbərlik edib.
“Nensi Qreys Roman” teleskopu Yerdən 1,5 milyon kilometr məsafədə yerləşən Laqranj (L2) nöqtəsində yerləşəcək. “Ceyms Uebb” teleskopu da hazırda oradadır. L2 nöqtəsində Yer ilə Günəşin cazibə qüvvəsi bir-birinə bərabər olduğu üçün qravitasiya tarazlığı yaranır və orada yerləşən obyektlər sabit qalır.
Teleskop milyondan çox insanın adı yazılmış yaddaş kartını da özü ilə kosmosa aparıb. Layihənin hazırlıq mərhələsində NASA kosmos həvəskarlarına belə bir imkan yaratmışdı: arzulayanlar Agentliyin saytına müraciət edərək, adını yazdıra bilərdilər.
“Nensi Qreys Roman” iki əsas alətlə “silahlanıb”. Bunlardan biri 300 meqapiksellik infraqırmızı kameradır. Bu kamera “Habbl” teleskopundan 100 dəfə artıq sahəni eyni anda müşahidə etməyə imkan verəcək.
Digər vacib alət – Koronoqraf başqa ulduzların ətraflında fırlanan planetlərin birbaşa fotosunu çəkməyə imkan yaradacaq. Beləliklə, bizim ilk dəfə başqa dünyaları müşahidə etmək imkanımız olacaq. Bu, kosmik müşahidələr tarixində inqilabı hadisədir.
Agentlik teleskopun verdiyi ilk məlumatları 2027-ci ilin əvvəllərində paylaşacaq.
“Roman” hazırda kosmosda fəaliyyət göstərən digər teleskoplarla birgə işləyərək, Kainatın haqqında daha təfərrüatlı məlumat toplamağa imkan yaradacaq. Qeyd edək ki, hazırda kosmosda 30-dan çox teleskop fəaliyyət göstərir. Onların arasında “Ceyms Uebb”, “Habbl”, “Evklid” optik, “Çandra”, “Fermi”, “Nyuton” rentgen diapazonunda işləyirlər. TESS və CHEOPS məxsusi olaraq ekzoplanetlərin axtarışı ilə məşğuldur.
“Nensi Qreys Roman” teleskopunun kosmosa yola salınmasını canlı şəkildə nasa.gov/live saytından izləmək mümkün olacaq.
Tariyel Həsənov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. “Nensi Qreys Roman” teleskopu Yerdən 1,5 milyon kilometr məsafədə yerləşən Laqranj (L2) nöqtəsində yerləşəcək. “Ceyms Uebb” teleskopu da hazırda oradadır. L2 nöqtəsində Yer ilə Günəşin cazibə qüvvəsi bir-birinə bərabər olduğu üçün qravitasiya tarazlığı yaranır və orada yerləşən obyektlər sabit qalır.