Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 oktyabr, AZƏRTAC
Almaniya üçün Alternativ (AfD) partiyasının Brandenburq əyalətindəki reytinqi regional Baş nazir Ditmar Voydkenin rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SPD) reytinqindən iki dəfə yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu, INSA ictimai rəy tədqiqat institutu tərəfindən aparılan sorğuya əsasən müəyyən edilib.
Sorğuda AfD rekord - 40% səslə birinci olub, hakim SPD isə respondentərin cəmi 20%-nin dəstəyini qazanıb.
İctimai Rəy Araşdırmaları İnstitutunun mart ayında keçirdiyi sorğu ilə müqayisədə Almaniya üçün Alternativ partiyası mövqeyini 6 faiz bəndi gücləndirib.