İnşaat mağazalarında baş verən yanğınların səbəbi nədir? EKSPERT AÇIQLADI

22.01.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlarda inşaat mağazalarında yanğın hadisələrinin sayı artıb. Mağazalarda yanğın təhlükəsizliyi qaydalarına riayət olunurmu? Yanğın təhlükəsizliyinə görə birbaşa kim cavabdehdir? Tikinti materialları çox tez alışan maddələr olduğu üçün onların saxlanma qaydalarına nə dərəcədə əməl olunur?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev SİA-ya açıqlamasında bildirib ki, burada əsas yüksək yanğın yükü olan materiallar mövcuddur:

"Bu materiallar arasında boyalar, laklar, plastik borular, həmçinin izolyasiya məhsulları xüsusi qeyd olunmalıdır. Eyni zamanda, mineral yağlar, müxtəlif kimyəvi maddələr və digər qablaşdırma materialları da yüksək yanğın riski yaradır. Belə məhsulların mövcudluğu müəssisədə yanğın təhlükəsinin artmasına səbəb olur və onların düzgün saxlanılması ciddi nəzarət tələb edir.

Elektrik təsərrüfatının düzgün şəkildə həyata keçirilməməsi də yanğın riskini xeyli artıran amillərdəndir. Xüsusilə köhnəlmiş və ya zədələnmiş naqillər, artıq yüklənmiş elektrik panelləri və elektrik lövhələrinin mövcudluğu təhlükəni əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, nəzarətsiz və ya düzgün sertifikatlaşdırılmamış uzadıcılardan istifadə olunması da elektrik qısaqapanması və yanğın riskinə səbəb olur. Elektrik sistemlərinin planlı və mütəmadi yoxlanılması, həmçinin quraşdırmanın standartlara uyğun aparılması vacibdir.

Kabellərin və naqillərin sınaq testlərinin ildə ən azı bir dəfə aparılmaması ciddi təhlükə yaradır. Yanğın təhlükəsizlik sistemlərinin olmaması, detektor və sensorların quraşdırılmaması isə erkən xəbərdarlıq imkanlarını məhdudlaşdırır. Həmçinin bəzi ərazilərdə su ilə söndürmə sistemlərinin quraşdırılmaması və inşaat materiallarının düzgün saxlanılmaması yanğın hadisəsi baş verdikdə fəsadları artırır. Bu baxımdan, yanğın təhlükəsizlik avadanlıqlarının tam işlək vəziyyətdə saxlanması və mütəmadi yoxlanılması vacib şərtdir.

Hazır məhsulların anbar və satış sahəsində qarışıq şəkildə saxlanması, müxtəlif maddələrin bir yerdə, açıq vəziyyətdə, temperatur və ventilasiya nəzarəti olmadan yerləşdirilməsi düzgün deyil. Bu cür yanaşma həm işçilər üçün təhlükə yaradır, həm də yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Qarışıq məhsulların eyni depoda saxlanması kimyəvi reaksiyalara, partlayışa və sürətlə yayılan yanğınlara gətirib çıxara bilər.

İnsan faktoru da yanğın təhlükəsində mühüm rol oynayır. Siqaret çəkmək üçün xüsusi və təhlükəsiz yerlərin müəyyən edilməməsi, açıq alov və qızdırıcıların düzgün istifadə edilməməsi yanğın riskini daha da artırır. İşçilərin yanğın təhlükəsi ilə bağlı məlumatlandırılması, təlimatlandırılması və müəyyən edilmiş qaydalara riayət etməsi vacibdir. Bu ərazilərdə yanğın təhlükəsinə görə məsul şəxs olmalı, bütün proseslərə birbaşa nəzarət etməli və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almalıdır.

Ümumilikdə, yanğın təhlükəsizliyi yalnız texniki avadanlıqlara deyil, həm də insan amilinə, düzgün materialların saxlanmasına və mütəmadi nəzarətə bağlıdır. Risklərin azaldılması üçün aşağıdakı tədbirlər xüsusilə önəmlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью