İnşaat şirkətinin rəhbərinə hökm oxundu

25.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Sosial şəbəkələr vasitəsiylə sərfəli qiymətlərlə inşaat təmir işlərini həyata keçirtmək vədi ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən təmir-tikinti inşaat şirkətinin rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki,Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, Zahir Əliyev rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələr vasitəsilə yayımlayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir tikinti işlərini həyata keçirtmək vədi verərərək vətəndaşları aldadıb.

Zahir Əliyev buna görə bir neçə nəfərlə müqavilə bağlayaraq öncədən aldığı ödənışlərə görə vəd verdiyi təmir-tikinti işlərini həyata keçirtməyərək vətəndaşlara  qarşı dələduzluq edib.İttihama görə təqsirləndirilən 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurmaqda ittiham olunur 

Zahir Əskərova qarşı CM-nin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью