İnşaat və tikinti sektoruna kredit qoyuluşları 79% artıb

07.10.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 2 milyard 164.9 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 2,8% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 955.2 milyon manat və ya 79% çoxdur.

2025-ci ilin sentyabrın əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 209.7 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью