“İnşallah, 4 cü yeri qoruyarıq” 4 oyundu qələbəyə həsrətdilər...

15.05.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Turan Tovuz” son turda “Neftçi”yə 1:2 hesabıyla məğlub olmaqla qələbə həsrətini 4-ə çatdırdı. Ümumiyyətlə, Kurban Berdıyevin çalışdırdığı komanda qış fasiləsindən sonra cəmi 4 qələbə qazanıb.
Komandanın son oyunları ilə bağlı “Ultras Turan”ın rəhbəri Kamal Saqqayevin fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:

“Son oyunlardakı nəticələr bizi də narahat edir. İnşallah, “Sumqayıt”la oyunda qalib gəlib 4-cü yeri qoruyarıq. Zədəli futbolçularımızın çoxluğu bizə həddən artıq təsir etdi”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью