İnsan beyninə bağlanan kompüterlərdə heklənmə riski yaranıb ALİMLƏRİ SƏBƏBLƏRİ AÇIQLADI

06.02.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mütəxəssislər beyin-kompüter interfeyslərinin (BKİ) kibertəhlükəsizlik üçün yaratdığı riskləri və onların hərbi kəşfiyyat sahəsində mümkün istifadəsini müzakirə edirlər.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Merilend Universitetinin dosenti Jason Pittman BKİ-lərin invaziv və qeyri-invaziv növləri olduğunu bildirir. O, hakerlərin bu sistemlərə müdaxilə edərək beyinə elektrik siqnalları göndərə biləcəyini, bunun isə düşüncə manipulyasiyasına yol aça biləcəyini qeyd edir.

Pittman gündəlik istifadə olunan qulaqlıqlar və telefonların da beyin hakerlərinə qarşı həssas olduğunu vurğulayır. O, süni intellektin BKİ-ləri idarə edə biləcəyini və bu texnologiyanın dron nəzarəti kimi sahələrdə tətbiq olunduğunu bildirir.

Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqatçısı Alexander Armengol-Urpi isə beyin sındırılması ilə insan davranışının manipulyasiya olunmasının mümkünlüyünü inkar edir. O, beyin dalğalarının oxunaraq şəxsi məlumatların əldə edilə biləcəyini, lakin fizioloji müdaxilənin yalnız implant vasitəsilə mümkün olduğunu bildirir.

Hüquqşünas Thibault Moulin BKİ-lərin hüquqi aspektlərinə toxunaraq bu texnologiyanın beynəlxalq hüquqda hələ dəqiq tənzimlənmədiyini qeyd edir. O, hökumətlərin beyin sındırılmasını hərbi əməliyyatlar üçün istifadə edə biləcəyini və bu sahədə konkret qadağaların olmadığını bildirir.

Ekspertlər BKİ-lərin gələcəkdə daha ciddi kibertəhlükələr yarada biləcəyinə və beynəlxalq hüquqda bu məsələlərin tənzimlənməsinin vacibliyinə diqqət çəkirlər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью