İnsan çəkdiyi əziyyət qədərdir MİQ də 91 bal TOPLADI

17.07.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Mən həmişə inanmışam ki, insan çəkdiyi əziyyət qədərdir”. 

Bu fikirləri MİQ imtahanında tarix müəllimliyi üzrə 91,75 bal toplayan namizəd Elşən Hacıyev Redaktor.az-a açıqlamasında dedi.

O vurğuladı ki, imtahana 5 ay hazırlaşıb:

“5 ay müddətində hazırlaşdım. Mən həmişə inanmışam ki, insan çəkdiyi əziyyət qədərdir. Suallara gəldikdə, çətin deyə bilmərəm, amma kifayət qədər məntiqli, oxuyub anlamağa yönəlik suallar mövcud idi. Tarix fənni üzrə hazırlaşarkən tarixə sadəcə bir il əzbəri kimi baxmamaq, mahiyyətini dərk etmək vacibdir. Eyni zamanda, keyfiyyətli testlərdən istifadə etmək önəmlidir. Bu nəticəmdə Şamxal müəllimin də əməyi var, ona da öz minnətdarlığımı bildirirəm”.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью