Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC Kaliforniya Texnologiya İnstitutunun (“Caltech”) tədqiqatçıları, insan düşüncəsinin sürətini qiymətləndirmək üçün aparılan yeni bir araşdırmada, beyin fəaliyyətinin saniyədə yalnız 10 bit/saniyə sürətində baş verdiyini müəyyən ediblər.
Bununla yanaşı, insan orqanizminin duyğu sistemləri ətraf mühitdən məlumatları saniyədə trilyon bit sürətində toplayır, bu da düşüncə proseslərindən təxminən 100 milyon dəfə daha sürətlidir.
Bu yeni tədqiqat, beyin fəaliyyətinin sirrlərini anlamağa kömək edir.AZƏRTAC “Medical Press”ə istinadla xəbər verir ki, araşdırmada insanın düşüncə sürətinin 10 bit/saniyə olduğunu müəyyənləşdirmək üçün bir sıra elmi ədəbiyyatları və müxtəlif insan davranışları təhlil edilib.
Məsələn, oxumaq, yazmaq, video oyunlar oynamaq kimi müxtəlif fəaliyyətlərlə bu nəticəyə gəlinib.
Tədqiqatçılar bu məlumatın olduqca aşağı olduğunu qeyd ediblər: “Çünki insan hissiyyat sistemləri hər saniyə trilyon bit məlumat topladığı halda, biz yalnız 10 bitini emal edirik.
Bu, bir paradoks yaradır: Beyin, bu qədər məlumatı necə süzgəcdən keçirir və nə üçün biz yalnız bir anda yalnız düşüncəyə fokuslana bilirik?
Bu paradoks beynin məlumat emalı və qəbul etmə mexanizmlərinə dair yeni suallar doğurur”.Beyindəki 85 milyard neyronun üçdə biri yüksək səviyyəli düşüncəyə həsr olunub və bu neyronlar asanlıqla saniyədə 10 bitdən daha çox məlumat ötürə bilir.