Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi insan hüquqları sahəsində yalnız maarifləndirmə və hüquqi dəstək fəaliyyəti ilə deyil, eyni zamanda, elmi tədqiqat və beynəlxalq elmi əməkdaşlıqlarda da aktiv şəkildə iştirak edir.
Mərkəzin əməkdaşları tərəfindən son dövrdə təqdim olunan elmi məqalələr və beynəlxalq simpoziumlarda iştirak bu istiqamətdə atılan addımlardandır.
24 aprel 2025-ci il tarixində Türkiyənin Balıkesir şəhərində keçirilmiş “5’inci İdare Hukuku ve İdari Yargı” adlı beynəlxalq simpoziumda Mərkəzin İdarə Heyətinin sədri hüquq elmləri doktoru, professor Əmir Əliyev, İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva və hüquqşünas köməkçisi Zeynalabidin Hüseynov “Azərbaycanda torpaq idarəçiliyinin hüquqi əsasları” mövzusunda tezislə çıxış etmişlər.
Konfransa təqdim olunmuş tezis materialı dərc olunub. Mərkəzin İdarə Heyətinin üzvü hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevanın Mərkəzin hü
Məqalədə başlıca məqsəd kimi müxtəlif dövlətlərin ombudsman təsisatına dair hüquqi tənzimləmələrinin müqayisəli təhlili qarşıya qoyulmuşdur.
Həmçinin Mərkəzin hüquqşünas köməkçisi Zeynalabidin Hüseynovun müəllifi olduğu “Hüquq texnologiyaları və onların vəkillik sahəsinə inteqrasi
Məqalədə rəqəmsal hüquq texnologiyalarının vəkillik institutuna təsiri və onların tətbiqi perspektivləri araşdırılıb.