“İnsan kəsimxanası” Sednayanın cəlladı və 20 nəfər tutulub

27.12.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Suriyada işgəncənin sinonimi olan Sednaya həbsxanasında edamlara cavabdeh olan məmur və onunla birlikdə 20 nəfər tutulub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Bildirilib ki, Müvəqqəti Hökumətin təhlükəsizlik qüvvələri Tartusda keçirilən əməliyyat zamanı Məhəmməd Kanco Həsəni və onunla birlikdə 20 nəfəri əsir götürüb.

Hərbi məhkəmələrdə prokuror vəzifəsində də çalışmış Kanjo Həsən Sednaya həbsxanasında edam qərarlarını təsdiqləyən şəxs kimi də tanınır.

Tartusda devrilmiş rejimin ünsürləri ilə yeni administrasiyaya sadiq qüvvələr arasında qarşıdurma baş verib və 14 polis əməkdaşı həlak olub. Yeni rəhbərlik bölgədə əməliyyata başlayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью