Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Britaniyanın Birkenhed şəhərində insan külünün yerləşdirildiyi 34 592 kərpicdən ibarət nəhəng piramida inşa olunur.
Bakıvaxtı.az xəbər verir ki,“The Guardian” nəşrinin məlumatına görə, hər kərpicin hazırlanmasında mərhumun kremasiya olunmuş qalıqlarından 23 qram istifadə edilir. Kül xüsusi sobada emal olunaraq şirəyə çevrilir və kərpicin hazırlanmasında istifadə olunur.
“MuMufication” adlanan bu prosesdə insanlar öz küllərini əvvəlcədən vəsiyyət edə, yaxud vəfat etmiş yaxınlarının qalıqlarını layihəyə bağışlaya bilərlər.
2026-cı ildə piramidaya daha 39 nəfərin qalıqlarının əlavə edilməsi planlaşdırılır. Bununla da layihədə təmsil olunan insanların ümumi sayı 159-a çatacaq.
Təşəbbüs “KLF” musiqi qrupunun üzvləri Cimmi Koti və Bill Drummond tərəfindən irəli sürülüb. Cimmi Koti bildirib ki, ideyanın yaranmasına 2016-cı ildə qardaşını itirməsi səbəb olub. O, dəfn mərasiminin ləyaqətli keçməsinə baxmayaraq, bunun kifayət etmədiyini düşünüb və mərhumun xatirəsini yaşadacaq fərqli bir layihə yaratmaq qərarına gəlib.