Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Arada bizim vaynerlərin, yutuberlərin, nə bilim internet rejissorlarının çəkdiyi qısa filmlərə maraqla baxıram. Əyləncə, sosial mesaj, gəncliyin maraq dairəsi və s. baxımından diqqətimi çəkir.
Lakin bunlardan ikisini - "Viktoriya" və "Ayıq sürücü"nü izləyəndə heyrət elədim.
İnsan niyə belə şeylər çəksin ki?
Pul üçün?
Yəni doğrudanmı az-çox pul qazanılması mümkün olan bu sahədə belə biabırçılıqlardan savayı yol yoxdur?
Var axı!
Bir qədər az qazanmaq da olar, adı-reputasiyanı mütləq gözləmək lazımdır.
Tərs kimi hər ikisində şəxsən tanıdığım və çox sevdiyim gözəl aktyorlar çəkilib...
Xülasə, "Viktoriya"ya baxanda bu qənaətə gəldim: qumar sarsaq şeydir, amma hamilə arvadını qullanıb qardaşını vəziyyətdən çıxara bilərsən...
"Ayıq sürücü"nün mesajı isə lap amansızdır: ananıza tez-tez baş çəkin, yoxsa tutub onu...
Tövbə-əstəğfrüllah!
Şərif Ağayar,
yazıçı