İnsan ömrünü 16 il uzatmağın Ən sadə yolu | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı xüsusiyyətini kəşf edib.
Sağlamolun.az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub.
Alimlərin araşdırmasına görə, zoğal gündəlik istifadə edildikdə ölüm riskini 31 % azaldır ki, bu da ömrü orta hesabla 16 il uzadır.
Elmi işin müəllifləri səkkiz il ərzində 37 min insanın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər.
Onlar tədqiqat iştirakçılarının qida rasionu və onun insanların orqanizminə təsiri haqqında məlumat toplayıblar.
Xüsusilə, alimlər giləmeyvənin tərkibində olan flavonoidlərlə maraqlanıblar. Onlar geniş farmakoloji fəaliyyət spektri ilə seçilirlər.
Giləmeyvələr xoleretik, bakterisid, spazmolitik, kardiotonik təsirlərə malikdir, qan damarlarının kövrəkliyini və keçiriciliyini azaldır, radionuklidləri bədəndən çıxarmağa qadirdir, həmçinin xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyi sübut edilib.
Tam oxu
Xəbəri oxu