Icma.az, Unikal.az saytına istinadən bildirir.
Honkonq Şəhər Universitetinin professoru, təkamül biologiyası üzrə alim Pyotr Lidski insan ömrünün 200 ilə qədər uzadıla biləcəyinə inandığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Alimin sözlərinə görə, klassik elmi nəzəriyyələr insanın fizioloji cavanlaşmasının mümkünsüz olduğunu göstərir. Lakin təbiətdə bəzi canlıların, məsələn, arılar və meduzaların özlərini yeniləyə bilməsi insana da ümid verir.
"Hazırda insanın tam şəkildə cavanlaşdırılmasının mümkün olub-olmadığı aydın deyil. Amma ömrün ciddi şəkildə uzadılmasının mümkün olduğuna mən əminəm", - deyə alim vurğulayıb.
Pyotr Lidski insanın 200 il yaşayıb-yaşaya bilməyəcəyi sualına isə belə cavab verib:
"Bunun mümkün olduğuna inanıram. Ancaq bu qədər uzun ömür zamanı hazırda hələ görmədiyimiz toxuma zədələnmələri ortaya çıxa bilər".
Alimin fikrincə, insan bədəni bu qədər uzun müddət üçün nəzərdə tutulmayıb və bu da yeni, indiyə qədər rast gəlinməyən problemlərə səbəb ola bilər.