İnsan papilloma virusunun müalicəsi niyə icbari tibbi sığortadan kənardadır? | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkədə İPV - insan papilloma virusunun icbari tibbi sığorta paketinə salınması üçün imza kampaniyası başladılıb.
Kampaniya ictimai fəal Rəbiyyə Məmmədova tərəfindən başladılıb.
Belə ki, o, bu haqda öz sosial şəbəkə hesabında məlumat yayıb: "İPV virusu haqqında yəqin ki, eşitmisiz hansı ki, qadınlarda uşaqlıq boyu xərçənginin yaranmasına səbəb olur.
3 etaplı vaksinlə qadınların bu virusa yoluxmasının qarşısını asanlıqla almaq olar.
İnsana dəyər verilən ölkələrdə 9-12 yaş qız uşaqlarına bu vaksin tibb sığorta çərçivəsində tamamilə ödənişsiz vurulur.
Təəssüf ki, bizdə bu vaksin sığorta çərçivəsində nəzərdə tutulmayıb, özəl xəstəxənalarda isə 3 etablı vaksinin qiyməti 9 növündən qorunmaq üçün 1200 manat ətrafındadır".
İctimai fəal qeyd edib ki, İPV virusunun icbari tibbi sığorta paketinə salınması üçün imza toplamağa başlayırlar: "Lazım gələrsə qapı-qapı insanlarla görüşüb, məsələnin cidiyyətindən, qadınları hansı təhlükənin gözlədiyi barədə məlumat verəcəyik.
Tam oxu
Xəbəri oxu