İnsan psixologiyasına “süni” toxunuş VİDEO

12.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Süni intellekt texnologiyalarının sürətli inkişafı bir çox sahədə yeni imkanlar açır. Artıq çatbotlar insanlarla gündəlik ünsiyyətdə iştirak edir, bəzi hallarda isə emosional yoldaşa çevrilir. Texnologiya milyarderlərindən Mark Zukerberq bildirib ki, süni intellekt yaxın zamanda insanların dostlarını və psixoloqları əvəz edə biləcək. Görəsən bu, nə qədər realdır? Psixoloq Aygün Ağabalayeva deyir ki, insan psixikası son dərəcə mürəkkəb, çoxqatlı və kontekstual bir quruluşa malikdir. Keçmiş təcrübələrin təsiri, travmaların formalaşması kimi məsələlərdə hər bir insan fərqlidir. Bu fərqliliyi yalnız empatiya ilə dərk etmək mümkündür.

AZƏRTAC bununla bağlı videomaterialı təqdim edir: 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью