İnsan robotla döyüşdü: San Fransiskoda qeyri adi qarşılaşma VİDEO

21.09.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin San-Fransisko şəhərində insanla humanoid robot arasında qeyri-adi döyüş nümayişi keçirilib.

İdman.Biz xəbər verir ki, "Robot Entertainment Kombat" (REK) tərəfindən təşkil olunan tədbirdə məşhur bloqer və kontent yaradıcısı Frenki LaPenna təxminən 1,83 metr hündürlüyündə olan humanoid robotla üz-üzə gəlib.

Robotun hərəkətləri insan tərəfindən virtual reallıq sistemi vasitəsilə uzaqdan idarə edilib. Qarşılaşmada tərəflər zərbələr və təpiklərdən istifadə ediblər. LaPenna döyüş zamanı xüsusi qoruyucu geyimdə olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə robotun güclü təpiklərindən birinin LaPennaya ciddi təsir etdiyi görünür. Bəzi mənbələr bloqerin biləyindən zədə aldığını yazsa da, bu məlumatı təsdiqləyən rəsmi tibbi açıqlama yayılmayıb.

REK qarşılaşmanı insanla humanoid robot arasında ilk belə döyüş kimi təqdim edib. Təşkilat daha sonra döyüşdən əlavə görüntülərin yayımlanacağını açıqlayıb.

Qeyd edək ki, REK robot döyüşlərini yeni əyləncə və idman formatına çevirməyə çalışan ABŞ şirkətidir. Şirkətin əvvəlki tədbirlərində də humanoid robotlar bir-biri ilə döyüşüb və həmin qarşılaşmalarda maşınlar insanlar tərəfindən uzaqdan idarə olunub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью