İnsan yaşlandıqca vaxt niyə daha sürətlə keçir? Alimlər səbəbini tapdılar

30.09.2025

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İllər su kimi ötüb keçdi” ifadəsini yaşlı insanların dilindən tez-tez eşidirik. Tədqiqatlara əsasən, vaxt, uşaqkən yavaş, yaşlandıqca isə çox tez keçir.

Turkustan.az xəbər verir ki, Miçiqan Universitetindən koqnitiv nevroloq Sindi Lastiq bunun beynimizin qavrayışı ilə əlaqədar olduğunu izah edib.

"Yaşlandıqca zaman qavrayışımız dəyişir. Yaşlandıqca geriyə baxırıq və zamanın sürətlə keçdiyini hiss edirik. Zamanın qavranılması yaddaş və keçmiş təcrübələrdən təsirlənir. 8 yaşlı uşaq üçün bir həftə həyatının böyük bir hissəsidir. 80 yaşlı bir insan üçün isə bir həftə okeanda bir damla kimi həyatının kiçik hissəsidir”, - deyə o bildirib.

Mütəxəssislər zamanın çox tez keçməsi ilə bağlı yanlış təsəvvürü aradan qaldırmaq üçün bəzi tövsiyələr edir. Onların sözlərinə görə, incəsənətlə tanış olmaq, səyahət etmək, gəzintiyə çıxmaq, musiqi dinləmək, yeni şeylər öyrənmək bizə zamanın normal sürətdə keçdiyini hiss etdirir./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью