Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyalı riyaziyyatçı Alan Turinqin portreti Nyu-Yorkda keçirilən satışda 1,32 milyon ABŞ dollarına satılıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, portret robot Rəssam Ai-Da tərəfindən hazırlanıb.
Alan Turinqin portreti adlı 2,2 metr hündürlüyündə olan portret dünyanın ilk ultra-real portretidir.
Əsər Sotheby's hərrac evində 120-180 min ABŞ dolları arasında ilkin hesablamalardan xeyli yüksək qiymətə satılıb.
Hərrac evindən verilən məlumata görə, portret üçün 27 təklif edilib.
Qeyd edək ki, robot Ai-Da iki il ərzində proqramçılar, robotistlər, rəssamlar və psixoloqlar qrupu tərəfindən hazırlanıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az