İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir... Fransua Moriakdan sitatlar

11.10.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün tanınmış fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Fransua Moriakın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Birini sevmək - başqalarına görünməyən bir möcüzəni görmək deməkdir.

***

Əgər içindəki alov sönərsə, yanındakı ruhlar soyuqdan donub məhv olar.

***

Hər birimiz bizi sevənlər tərəfindən yoğurulub yenidən biçimlənirik. O sevgi keçib getsə belə, biz yenə də onların əsəri olaraq qalırıq - böyük ehtimalla onların özlərinin də tanımadığı və heç vaxt niyyət etdikləri kimi olmayan bir əsər.

***

«Mənə nə oxuduğunu de, sənə kim olduğunu deyim» fikri kifayət qədər doğrudur, lakin mənə dönə-dönə nə oxuduğunu desən, səni daha yaxşı tanıyardım.

***

Mərhəmətin sirri də elə bundadır: o, heç vaxt gecikmir.

***

İnsan sevgisi çox vaxt sadəcə iki zəifliyin bir-biri ilə qarşılaşmasından ibarətdir.

***

Dediyiniz hər şeyi yanlış anlayan biri ilə heç söhbət etmisinizmi? Bu, insanı heydən salır və işin qəribə tərəfi odur ki, özünü nə qədər çox izah etməyə çalışsan, məsələ bir o qədər dolaşığa düşür. Ən yaxın dostun isə nə vaxt zarafat etdiyini, nə vaxt ürəyini boşaltdığını və nə vaxt yorğun olduğunu anlayır. O, səni tanıdığı üçün dediklərinin arxasında başqa mənalar axtarmır.

***

Yazıçı, mahiyyət etibarilə, tənhalıqla barışmayan insandır.

***

Tanrı çarəsiz suallarımıza cavab vermir; O, sadəcə özünü bizə bəxş edir.

***

Qəbiristanlıq bizi kədərləndirir, çünki o, dünyada ölülərimizlə bir daha qarşılaşmadığımız yeganə məkandır.

***

Mən ilham gələndə yazıram. Yaradıcılıq dövründə hər gün yazıram; roman yarıda kəsilməməlidir. Axından çıxanda, artıq sanki diktə olunanları qələmə alırmış kimi hiss etməyəndə isə dayanıram.

***

Biz yalnız məhrum olduğumuz şeyləri dərindən dərk edirik.

***

Mənim qorxum ölümdən sonra unudulmaq deyil, əksinə, yetərincə unudulmamaqdır. Dediyimiz kimi, tarixdə qalan kitablarımız deyil, yoxsul ömürlərimizdir.

***

İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

Məşhur türk aktyor vəfat etdi "Həyat özü çox təsirli bir terapevtdir..." - Tanınmış amerikalı psixoanalitikdən sitatlar Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью