Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "İnsanların bir-birinə etibarının azalması müasir cəmiyyətlərin sosial strukturunda
Sosioloji yanaşmaya görə, etibar cəmiyyətin görünməyən dayağıdır və o zəiflədikdə, həm fərdi münasibətlər, həm də ümumi ictimai proseslər zə
Bu sözləri SİA-ya açıqlamasında sosioloq, yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, sosial bağlılıq zəifləyir: insanlar münasibətlərdə daha ehtiyatlı, daha məsafəli davranır, icma həmrəyliyi azalır və fərdlər bir-birindən daha çox təcrid olunmuş vəziyyətə düşür: "Bu, ailə münasibətlərindən tutmuş geniş ictimai əlaqələrə qədər bütün sahələrdə emosional soyuqluq və anlaşılmazlıq yaradır.
Etibarın azalması paralel olaraq sosial gərginliyi artırır. İnsanlar qarşı tərəfin niyyətinə şübhə ilə yanaşır, nəticədə müxtəlif sosial qru
Bu proses həm siyasi, həm də sosial qütbləşməni gücləndirir.
Etibarın zəiflədiyi mühitdə sosial kapital da sürətlə aşınır: könüllü fəaliyyətlər azalır, ictimai təşəbbüslərə maraq aşağı düşür, insanlar birgə qərar verməkdən yayınır və cəmiyyət getdikcə daha fərdçi davranış modelinə sürüklənir.
Eyni zamanda, fərdlərarası etibarın sarsılması dövlət və ictimai institutlara inamın da azalmasına gətirib çıxarır.