Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Bir milyon il sonra insanların necə görünəcəyi müzakirə mövzusudur.
İnsan bədəninin və davranışlarının dəyişəcəyi şübhəsizdir, lakin bu dəyişikliklərin istiqaməti və səbəbləri çox müxtəlif ssenarilər əsasında təxmin edilə bilər.
Bu mövzunu anlamaq üçün keçmişdən və mövcud tədqiqatlardan faydalanmaq mümkündür.
Keçmişə baxış Qaynarinfo "BBC Earth"a istinadən xəbər verir ki, bir milyon il əvvəl müasir insan olan Homo sapiens mövcud deyildi.
O dövrdə Homo heidelbergensis və Homo erectus kimi insan növləri yaşamışdı.
Onlar müasir insana nisbətən daha primitiv anatomiya malik idilər.
Son 10 min ildə isə insanlar əkinçilik və qida bolluğu kimi yeni şərtlərə uyğunlaşaraq bir çox fərqli dəyişikliklərə məruz qalıblar.
Məsələn, bəzi bölgələrdə insanlar daha uzun və kök olublar. Texnologiya və təkamül Londondakı Anglia Ruskin Universitetindən biyoenformatika