Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Emi Poup APA-ya müsahibə verib.
Globalinfo.az həmin müsahibəni təqdim edir: – İqlim dəyişiklikləri miqrasiya probleminə necə göstərir?
– Biz bu gün evlərini, iş yerlərini itirən insanların iqlim dəyişikliyi nəticəsində köçmək məcburiyyətində qaldığını görürük.
Beləliklə, insanlar münaqişədən daha çox iqlim səbəbindən köçməyə məcbur olurlar.
Biz bilirik ki, bir çox insan son dərəcə həssas icmalarda yaşadığı üçün bu problem böyüməyə davam edəcək.
Bizim Bakıda COP29-a qoşulmaqda məqsədimiz hökumətlərin icmaları necə dəstəkləyəcəyini qabaqcadan düşündüyünə əmin olmaqdır.
– Dünyada qlobal istiləşmə ilə bağlı məsələ məlumdur. Təbii fəlakətlər özü ilə bərabər miqrasiya axını yaradır.
İqlim problemlərinin həlli üçün sizin təşkilat hansı addımları atır? – Biz ilk növbədə icmalarla işləməyə başlayırıq.