Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yürgen Klopp sosial şəbəkələrdə bəzi azarkeşlərin Almaniya millisinin “kifayət qədər ağdərili” və “kifayət qədər alman” olmadığını yazmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:
“Mən bunları görməmişəm. Məncə, bu insanlara diqqət ayırmaq üçün heç bir səbəb yoxdur. Nə real həyatda, nə də sosial şəbəkələrdə belə cəfəngiyyatlara vaxtım var.
Həyatımızdakı böyük problemlərdən biri odur ki, sosial şəbəkələrdə hər kəs öz fikrini ifadə edə bilir. İnsanlar cəfəngiyyat danışırlar, bu, dəlilikdir. Komandamız bundan daha birlik və həmrəylik içində ola bilməzdi. Dünya idman komandalarının paltardəyişmə otağındakı birlikdən nümunə götürməlidir”.
saytlarin hazirlanmasi