Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Bu gün vətəndaşlar pullarının çox hissəsini avro, dollar və digər xarici valyutalarda saxlayırlar. Kənarda pul yığımı zamanı daha çox manata üstünlük verilir”.
Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, bu gün insanlar əmanətlərini daha çox manatla yığır, nəinki dollarla:
“Əsas səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2,5-3,5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır”.
Sevinc QARAYEVA