İnsanlar ən çox hansı fəsildə aşiq olurlar? Mütəxəssislər açıqladı

26.01.2026

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sevginin mövsümü olmadığı barədə geniş yayılmış fikrə baxmayaraq, araşdırmalar göstərir ki, bəzi fəsillər münasibətlərin başlanması üçün digərlərinə nisbətən daha əlverişlidir.

HİT.az xəbər verir ki, "Your Tango" nəşrinin yazdığına görə, gün işığının müddətində, hava şəraitində və gündəlik həyat ritmində baş verən dəyişikliklər insanların emosional durumuna və yaxınlığa hazır olma səviyyəsinə birbaşa təsir edir. Mütəxəssislərin sözlərinə görə, bu amillər yeni romantik münasibətlər üçün ya əlverişli, ya da çətin şərait yaradır.

Qış

İsti qucaqlamalar və soyuq axşamların romantikasına baxmayaraq, qış yeni tanışlıqlar üçün ən asan dövr hesab edilmir. Klinik psixoloq Syuzan Devis bildirir ki, qış aylarında insanlar daha çox öz "yuvalarına” çəkilməyə, isinməyə və xarici aləmdən qorunduqlarını hiss etməyə meyilli olurlar.

Bundan əlavə, "National Institute of Health"ın məlumatlarına əsasən, qısa işıqlı günlər əhval-ruhiyyə dəyişiklikləri və "qış depressiyası” ilə əlaqələndirilir. Bu cür şəraitdə yeni sevgi tapmaq xeyli çətinləşir.

Yaz

Ağır qış aylarından sonra yaz yenilənmə hissi gətirir. Lakin bu fəsil çox vaxt münasibətlərin yenidən dəyərləndirildiyi dövr olur. Ailə terapevti Ceyn Qrir qeyd edir ki, qışda insanlar mövcud münasibətlərə daha çox bağlı qalırlar, çünki bu dövrdə yeni bir şeyə başlamaq həm fiziki, həm də emosional baxımdan çətin görünür. Yazda isə əhval-ruhiyyə və özünə inam artdıqca dəyişikliklər qaçılmaz ola bilər.

Yay

Yay səyahətlərin, məclislərin, macəraların və yeni tanışlıqların mövsümüdür. İlk baxışdan romantika üçün ideal vaxt təsiri bağışlasa da, yay münasibətləri çox vaxt qısamüddətli olur. Antropoloq Helen Fiçer bunu insanların daim hərəkətdə olması ilə izah edir, çünki bu şəraitdə sabit münasibət qurmaq çətinləşir.

Bununla belə, yayın müsbət cəhətləri də var. Miçiqan Universitetinin mütəxəssisi Maykl F. Holik bildirir ki, günəş işığı melatonin səviyyəsini azaldır və insanları yeni ideya və təcrübələrə daha açıq edir. Bu səbəbdən yayda tanış olmaq və yeni şeylər sınamaq daha asan olur.

Payız

Payız ən "ciddi” fəsil hesab olunur. Yayın xaosundan sonra həyat yenidən nizamlı ritminə qayıdır və tədqiqatçılara görə, bu da sevgi üçün ideal şərait yaradır.

2012-ci ildə "Facebook Data Science" tərəfindən yayımlanan araşdırma açıq mövsümi tendensiyanı üzə çıxarıb: istifadəçilər ən çox payız aylarında statuslarını "Münasibətdədir” və ya "Nişanlıdır” kimi dəyişiblər.

Bunun səbəbi isə soyuq günlər və bayramlar yaxınlaşdıqca insanların şüuraltı şəkildə qışı və bayram dövrünü bölüşə biləcəkləri birinin yanında olma istəyi ilə əlaqələndirilir. Hətta payızda görüşlər daha romantik olur. Honq Konq Elm və Texnologiya Universitetinin araşdırması da göstərib ki, soyuq havalarda insanlar romantik filmlərə daha çox üstünlük verirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью