Icma.az, Azpost portalına istinadən məlumat verir. Kaliforniya Universitetinin psixologiya tədqiqatçısı Kate Svini və komandası tərəfindən a
“Science Daily” elmi xəbər portalınının məlumatına görə, səbirsizlik insanların ədalətsiz, əsassız və ya yersiz görünən gecikmə ilə qarşılaş
Məsələn, nəqliyyat tıxacında qalmaq və ya uzun çəkən, darıxdırıcı görüşlər bu hissləri yarada bilər.
K.Svini qeyd edir ki, insanlar gündəlik həyatda belə hallar qarşısında səbirsizliklə qarşılaşsa da, səbir bu hisslərin öhdəsindən gəlmək üçün bir strategiya kimi çıxış edir: “Filosoflar və din alimləri səbrin bir fəzilət olduğunu iddia etsələr də, bu, daha çox insanların gündəlik məyusluqlarla necə mübarizə apardığını göstərir”.
“Personality and Social Psychology Bulletin” jurnalında dərc edilmiş tədqiqat çərçivəsində 1200 nəfərin iştirakı ilə üç əsas araşdırma aparılıb.
Tədqiqat iştirakçıları müxtəlif çətin və əsəbi vəziyyətlərə — tıxac, gözləmə zalında qalmaq və ya tibbi laboratoriyanın gecikməsi cavablarını bildirməli idilər.
Nəticələr göstərib ki, səbirsizlik üçün ideal şərait aşağıdakı hallarda yaranır: ∙ Gözləmə zamanı risklər yüksəkdir (sevimli qrupun konsertinə gecikmək); ∙ Gözləmə vəziyyəti xoşagəlməzdir (diqqəti yayındıran vasitələrin olmadığı yerlər); ∙ Gecikmənin kiminsə səhvi nəticəsində baş verdiyi aydındır.
Bəzi iştirakçılar digərlərinə nisbətən daha çox səbir nümayiş etdiriblər.