Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler DÇ-2026-nın D qrupunun son turunda ABŞ üzərində qazanılan 3:2 hesablı qələbədən sonra açıqlama verib.
QOL.az xəbər verir ki, “TRT Spor”a danışan gənc futbolçu komandanın turnirdəki çıxışını sərt şəkildə qiymətləndirib.
“Yaxşı oynamadıq. İnsanlar nə deyirlərsə, haqlıdırlar. Dram yaratmağa ehtiyac yoxdur. Pis oynadıq və mundialdan kənarda qaldıq”, - deyə Arda bildirib.
“Real”ın futbolçusu üzləşdikləri tənqidlərin də haqlı olduğunu vurğulayıb:
“Matçdan əvvəl kədərli və əhvalımın pis olduğunu demişdiniz. Bütün tənqidlər haqlıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsində Avstraliyaya 0:2, Paraqvaya 0:1 hesabı ilə məğlub olub, son turda isə ABŞ-ı 3:2 hesabı ilə məğlub etsə də, pley-offa yüksələ bilməyib. Arda Gülər ABŞ-la görüşdə komandasının ilk qolunu vurub.