Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Modern.az Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin Ailə həkimi-Terapevt, Check up üzrə mütəxəssisi Dr.
Fərəh Məmmədova müsahibəsini təqdim edir: Check up yoxlamalar gələcəkdə ola biləcək sağlamlıq problemlərinin təyin edilməsində nə qədər rol oynayır?
Biz həkimlər müntəzəm olaraq müayinələrdən keçmənin, tibbi müalicəyə və ya cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrin sayını azaltmaq üçün profilaktikanın vacibliyini daima vurğulayırıq.
Əvvəllər insanlar həkimə yalnız xəstələndikdən sonra müraciət edirdilər.
Dövrümüzdə inkişaf etmiş ölkələrdə əhali öz sağlamlığı ilə bağlı daha çox maarifləndikcə profilaktik tibb xidməti adi hala çevrilir.
Müntəzəm check up müayinələr potensial sağlamlıq risklərini problemə çevrilməzdən əvvəl aşkar etməyə kömək edə bilər.
Mütəmadi olaraq həkimə müraciət etdiyiniz zaman, onlar sağlamlıq vəziyyətindəki problemləri və xəstəlikləri erkən aşkarlaya bilirlər.