İnsanlar Hökümə Əliyevanın ata evinə axın edirlər VİDEO

04.01.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Qəhrəman təyyarə bələdçisi Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə onun fədakarlıqları bir daha xüsusi qeyd olundu.
Hökumə Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da var idi.
Hökumənin ailə üzvləri bildiriblər ki, evləri faciəli xəbərin yayıldığı ilk gündən insan axınına məruz qalır. İnsanlar Hökumənin ruhuna ehtiramlarını ifadə etmək üçün bu qapıya üz tuturlar.
Qeyd edək ki, vurulduğu bildirilən təyyarədə həlak olan 3 nəfərə Milli Qəhrəman adı verilib, onlardan biri də Hökumə Əliyevadır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью