Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
10–15 il əvvəl məişət günəş elektrik stansiyaları quranlar indi onları söküb internetdə satışa çıxarırlar.
Dünyada günəş panellərinin demontajı üzrə trend sürətlə artır.
İnternetdə işlənmiş günəş elektrik sistemlərinin satış elanlarına çox rast gəlinir.
Lakin bu, günəş energetikasının özünü doğrultmadığı anlamına gəlmir.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, tam əksinə, sahə texnoloji dönüş dövrünə daxil olub. Niyə insanlar işlənmiş panelləri satır?
Əvvəlcə nəzərə almaq lazımdır ki, günəş panellərinin istismar müddəti 25–30 ildir.
Bir sıra ölkələrdə məişət günəş stansiyalarının quraşdırılması trendi çoxdan başlayıb.