Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Son günlər insanlar arasında bir-birinə qarşı aqressiya artır.
İnsanlar əvvəlki kimi xoşbəxt görünmür. İnsanların bir-biriləri ilə ünsiyyəti azalır. Bəs görəsən bunun səbəbləri nələrdir?
SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib. Şəhər sakini Firəngiz Useynova: “İnsanlar arasında aqresiyyanın artmasının səbəbi madd
İnsanlar bir tikə çörək üçün işə səhər çıxıb, axşam gəlirlər. Gündən-günə ölkədə hər şeyin qiyməti artır.
İnsanların ərzaq almağa imkanı yoxdur. Mənim 62 yaşım var. Təqaüd üçün yaşım çatmır. Həyat yoldaşımın pulu ilə dolanıram.
Qadınların pensiya yaşını 58-dən 65-ə qaldırıblar. Pensiya yaşı günü-gündən qaldırılır. Ona görədə insanlar aqresivləşirlər.
İnsanlar işləsələrdə ürəkləri istədikləri şeyləri ala bilmirlər”.
Şəhər sakini Etibar Məmmədov: “İnsanların aqressiv olmasının səbəbi bahalıqdır.