İnsanlar niyə öz potensialını reallaşdıra bilmir? PSİXOLOQ AÇIQLADI

25.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Cəmiyyətdə elə insanlar var ki, kifayət qədər istedada, biliyə və bacarığa malik olsalar da, öz potensiallarını ortaya qoymağa cəsarət etmirlər. Onlar bəzən özlərinə "Məndən bu iş alınmaz", "Məni kim tanıyır ki, aparıcı şirkətlər məni işə dəvət etsin?", "Görəsən, müraciət etsəm, məni qəbul edərlərmi?" kimi suallar verərək qarşılarına görünməz maneələr qoyurlar. Maraqlısı isə budur ki, ətrafındakı insanlar onların istedadını görür, bacarıqlarını yüksək qiymətləndirir, hətta daha böyük uğurlara imza ata biləcəklərini düşünürlər. Lakin bütün bunlara baxmayaraq, həmin şəxslər özləri irəliyə doğru ilk addımı atmaqdan çəkinirlər. Nəticədə, sahib olduqları potensialı reallaşdırmaq əvəzinə, fürsətlərin öz-özünə qarşılarına çıxmasını gözləyirlər.

Halbuki bəzən insanın qarşısındakı ən böyük maneə istedadının azlığı deyil, özünə olan inamsızlığıdır. Bəs insanı bacarıqlı olduğu halda belə hərəkətə keçməkdən saxlayan nədir? Özünə inamsızlığın psixoloji səbəbləri hansılardır və insan bu düşüncə tərzindən necə xilas olaraq potensialını reallaşdıra bilər?

Məsələ ilə bağlı psixoloq Samirə Bağırova SİA-ya açıqlamasında bildirib ki, bu ən geniş yayılmış bir vəziyyətdir.

Onun sözlərinə görə, hər insanın gizli, ya aşkar potensialı var:

"Amma bacarıqdan əlavə əsas məsələ odur ki, insan öz bacarığını nümayiş etdirməyə psixoloji olaraq maneə yarandığı üçün inkişaf edə bilmir. Psixoloji səbəblərsən biri- uşaqlıqdan formalaşan dəyərsizlik hissinin formalaşması ola bilər. Uşaqlıqda daim tənqid olunubsa, başqaları ilə müqayisə edilibsə, uğurları kifayət qədər qiymətləndirilməyibsə özünəinamı yoxdur və özünü kifayət qədər yaxşı hesab etmir. Digər səbəb uğursuzluq qorxusu ola bilər. Uğursuzluğu şəxsi dəyərinin ölçüsü kimi qəbul edəndə qorxu yaranır. Tənqid və ya mühakimə qorxusu səbəbindən ola bilər. Beləcə bir çox səbəblər misal gətirmək olar. Hər insanın ayrı - ayrılıqda özünəməxsus səbəbləri vardır. Hər zaman insanın ən böyük problemi nəyisə bacarmaması deyil, bacardığını göstərməyə özünə icazə verməməsidir. Bəzən insanın ən böyük problemi bacarmaması deyil, bacardığını göstərməyə özünə icazə verməməsidir. İstedad potensialdır, amma potensialın reallaşması üçün insanın özünü təhlükəsiz hiss etməsi, səhv etmək hüququnu qəbul etməsi və öz dəyərini başqalarının qiymətləndirməsindən asılı etməməsi vacibdir. Bir nüans da var ki, özgüvən əvvəlcə formalaşmır. İnsan hərəkət etməyə başlayaraq, təcrübə toplayaraq özgüvən formalaşır. Bəzi insanlar isə istedadını ortaya qoyduğu halda uğurdan çox, uğurun gətirdiyi məsuliyyətdən qorxur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью