İnsanlar niyə özlərini başqaları ilə müqayisə edirlər?

01.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların özünü başqaları ilə müqayisə etməsi demək olar ki, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Sosial şəbəkələrin və rəqabətli mühitin artdığı müasir dövrdə bu vərdiş daha da güclənib. Bir çox insan öz uğurlarını, görünüşünü və həyat tərzini başqaları ilə ölçərək ya motivasiya qazanır, ya da əksinə, özünə inamını itirir. Psixologiyada bu davranışın həm daxili ehtiyaclarla, həm də sosial mühitin təsiri ilə bağlı olduğu qeyd olunur. 

Bəs insanların özünü başqaları ilə müayisə etməsinin əsas psixoloji səbəbləri nələrdir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan beyni özünə qarşı obyektiv yanaşa bilmir və hər zaman başqalarının mövqeyinə ehtiyac duyur. 

“İnsan başqalarının müsbət tərəflərini görürü, özünün isə mənfi. Bir insan davamlı olaraq özünü başqası ilə müqayisə edirsə, onun böyüdüyü mühit sağlam deyil. Başqalarının həyatı ilə öz həyatını tənzimləyən insanlar natamam insanlardır. 

Başqasını nümunə götürmək ona bənzəmək. Amma insanlar başqaları kimi yaşamaq və ya başqalarına bənzəmək istəyirlər. Heç kəs arzularını resursları ilə formalaşdırmır. Rəqəmsal platformalarda görünən dırnaqarası xoşbəxtlik reallığı əks etdirmir. İnsan həm də emosional varlıqdır, davamlı xoşbəxtlik insanın təbiəti deyil. 

İnsan qabiliyyətlər sabit deyil, dəyişkəndir. İnsan istəyir ki, onun performansı hər zaman uğur gətirsin. İnsan səhv etməlidir və səhvindən nəticə çıxarmalıdır. İnsan həm də səhv edən varlıqdır. İnsanın səhv etməsi təcrübə qazanmasıdır. İnsan öz təcrübəsinin əsas hissəsidir. 

Özünü müşahidə etmək lazımdır. Ətrafa baxaraq insan özü haqqında özünə qarşı fikir yaratmış olur. Bu da emosional çöküş yaradır. İnsan özünə və başqalarına qarşı şüurlu yanaşmalıdır. Avtomatik yaranmış düşüncə və davranışların reallığını sorğulamalıdır. 

İnsan emosiyalarını basdırmaq əvəzinə onları tanımalıdır. Özündə nələrisə sorğulayanda aydınlanmalıdır. Özünə qarşı tənqidi təhrif etməməlidir. Başqalarına baxdığı kimi özünə baxmağı bacarmalıdır. Özünün aldatmaq yox, reallığı olduğu kimi qəbul etməlidir”.

Psixoloq qeyd edir ki, insan düşüncə və davranışlarının uyğunsuzluğunu özü və ya başqası görürsə erkən halda psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: müqayisə Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью