İnsanlar niyə tez qocalır? Gənc qalmaq istəyənlər oxusun!

02.02.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İnsanların tez qocalmasının səbəbləri araşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə amerikalı alimlər araşdırma aparıblar.

Aparılan araşdırmalar zamanı bu qənaətə gəliblər ki, emosional rifahın pozulması, sosial cəhətdən əlverişsiz yaşayış birbaşa insan həyatına təsir edir.

Tədqiqata İllinoys Universitetinin (Urbana-Şampeyn) sosioloqu Kristina Kamis rəhbərlik edib. Araşdırma Viskonsin ştatının 1 440-dan çox sakininin həyatını əhatə edib. İlk dəfə olaraq iki amil, yaşanılan ərazinin sosial-iqtisadi şəraitinin həyat boyu təsiri və emosional gərginliyin (depressiya, narahatlıq və stress səviyyəsi) ümumi göstəricisi birlikdə nəzərə alınıb.

Alimlər "risk zənciri" konsepsiyasına əsaslanıblar. Bu yanaşmaya görə, həyatın erkən və orta mərhələlərindəki mənfi şərait sonrakı dövrlərdə sağlamlığı pisləşdirən amillər zəncirini işə salır. Nəticələr göstərib ki, uzun müddət əlverişsiz yaşamaq həqiqətən də bioloji qocalmanı sürətləndirir. Bu təsirin əhəmiyyətli bir hissəsi məhz psixoloji simptomlarla bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью