Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Mitinqə gedən insanlar mövcud olmayan problemə etiraz edirlər - Gürcüstanda Avropaya inteqra
Bizimyol.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədəki aksiyaları şərh edərkən deyib.
Gürcüstanda etirazlar üçüncü gündür ki, davam edir və etirazçılar zorakılığa əl atdıqdan sonra iştirakçıların dağıdılması ilə başa çatıb.
Müxalifət, fəallar və sadə vətəndaşlar Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.
“Əslində cəmiyyət, ora toplaşan beş min insan mövcud olmayan bir şeyə etiraz edir, Avropaya inteqrasiya dayanmayıb, bu sizin - medianın dediyi yalandır.
Aİ səfirinin təkrar etdiyi də yalandır. Siz isə insanları mövcud olmayan bir şeyə etiraz etməyə məcbur edirsiniz”, - deyə mətbuat nümayəndəl
Onun sözlərinə görə, Aİ ilə münasibətlər Ukraynadakı münaqişə bitdikdən sonra bərpa olunacaq.
“Növbəti bir neçə ay bizim üçün əvvəlki 3 ildən daha çətin olacaq, ona görə də mümkün qədər ayıq və diqqətli olmalıyıq.