Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnsanların həyatlarının son mərhələsində gördüyü yuxular və görüntülər araşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın Reggio Emiliya şəhərindəki tədqiqat institutunun apardığı araşdırma zamanı ölümə yaxın insanların ən çox hansı yuxuları gördüyü müəyyən edilib.
Terapevt Elisa Rabittinin “Metro” nəşrinə danışdığı araşdırmanın nəticələrinə görə, palliativ yardım sahəsində çalışan 239 mütəxəssis və hospis könüllüsü arasında sorğu keçirilib.
Məlum olub ki, ölümə yaxın insanların yuxularında ən çox rast gəlinən mövzu vəfat etmiş yaxınları ilə yenidən görüşməkdir. Onlar yuxularında həyat yoldaşlarını, valideynlərini, hətta sevimli ev heyvanlarını görə bilirlər. Belə hallardan birində qadın yuxuda həyat yoldaşının ona “Səni gözləyirəm” dediyini bildirib.
Rabittinin sözlərinə görə, insanlar həyatlarının sonuna yaxın tez-tez bir növ keçid mərhələsi ilə bağlı görüntülər də görürlər. Bu zaman yuxularda qapılar, pilləkənlər və astanalar kimi simvollar ortaya çıxır.
Həkim bir nümunə də qeyd edib: ömrünün son günündə olan bir kişi yuxusunda sahildə çapan ağ at görüb.
Murad İsmayıl