İnsanlar pis məsləhətə qulaq asırlar ARAŞDIRMA

03.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanlar bir məlumatın yalan olduğunu bilsələr belə, ondan imtina edə bilmirlər.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu, Yaponiya və Britaniya alimlərinin apardığı tədqiqatda yer alıb.

Tsukuba Universiteti və Kraliça Meri Universitetinin alimləri 140 nəfər üzərində eksperiment aparıblar. İştirakçılara rəng təxminetmə oyunu təklif olunub və bəzi ipuçlarının tamamilə təsadüfi olduğu əvvəlcədən deyilib. Tapşırıq həmin ipuçlarını görməməzlikdən gəlmək olsa da, könüllülər yenə də onlara əsaslanıb.

Araşdırmaya görə, insanlar təsadüfi siqnalları 54-62% hallarda düzgün hesab ediblər, halbuki onların dəqiqliyi cəmi 50% olub.

Alimlərin fikrincə, təkrarlanan məlumat daha inandırıcı görünür və onu görməməzlikdən gəlmək əlavə zehni səy tələb edir. Bu isə onu göstərir ki, sadəcə "saxta xəbər" etiketi insanları yalan məlumatdan qorumağa kifayət etmir.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью