İnsanlar qorxu içində Bakıda küçəyə axıdılan maddə nədir? VİDEO | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Nizami rayonu, Marat Əmirxanov küçəsinə zəhərli kimyəvi tullantıların axıdıldığı iddia edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, tullantıların kəskin qoxus onları çətin vəziyyətə salıb.
Onlar bu vəziyyətin 2 aydan çoxdur ki, davam etdiyini bildirilər.
Sakinlər sözügedən kimyəvi tullantıların axıdıldığı ehtimal edilən zavoda da müraciət ediblər.
Müəssisədən isə bildirilib ki, həmin çirkabın axdığı boru həmin zavodun balansında deyil.
Problemlə bağlı Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, zavodun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni çirkab suların təmizlənməsi qurğusu istismara verildikdən sonra ərazidə köhnə analoji qurğuların istismarı dayandırılıb.
Tam oxu
Xəbəri oxu