Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Kariyera məsələsi olduqca önəmlidir.
Ona görə ki, hər bir fərd gələcəkdə hər hansı bir iş əldə etmək üçün öz şəxsi kariyerasında müəyyən müsbət göstəricilərə malik olmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.
O bildirib ki, ali təhsilli olmaq, nüfuzlu universitetlərin məzunu olmaq, başqa ölkələrdə müəyyən təcrübə proqramlarının iştirakçısı olmaq, yaxud, magistratura, doktorantura təhsili almaq, xarici dil biliklərinə yiyələnmək, praktik iş bacarıqları qazanmaq bütün bunlar bir şəxsin kariyerasında vacib məsələlərdir: "Hər hansı gənc öz kariyerasında bunları düşünərək real addımlar atırsa, praktik olaraq böyük təcrübə keçirsə, bu, artıq o gəncin kariyerasının zənginləşməsi və buna müvafiq istədiyi işi əldə etməsinə şərait yaratmış olur.
Kariyera toplamaq, real nəzəri biliklərlə, praktik bacarıqlarla dolu kariyera formalaşdırmaq hər bir şəxsin özü üçün lazımdır.
İstər dövlət sektorunda, istər özəl sektorda yüksək vəzifələrdə yer almaq üçün, daha təminatlı maaşla təmin olunmuş işdə çalışmaq üçün kariyeranın zənginləşməsi şəxs üçün geniş imkanlar açır.
Real kariyeranın formalaşması buna aiddir, yoxsa görüntü naminə hansısa dolayı yollarla əldə olunmuş nailiyyətlər, sertifikatlar kariyera görüntüsü yaratmağa hesablanmış hərəkətlərdir.
Biz bunları qınayırıq. Dolayı yolla qazanılan sertifikatlar, proqramların iştirakçısı olmaq hələlik real kariyera demək deyil.