İnsanlar Tehranı tərk edir

05.03.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və İsrailin hava hücumları nəticəsində İranın paytaxtı Tehranın küçələri boşalıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, on minlərlə insanın Tehranı tərk edərək ölkənin şimalındakı əyalətlərə getdiyi bildirilir.

Hazırda Tehranda mağazaların əksəriyyəti bağlıdır. Küçələr demək olar ki, boşalıb. Küçələrdə nəqliyyatın hərəkəti adi vəziyyətdəkindən daha azdır.

İsrail və ABŞ-ın hücumları səbəbindən on minlərlə insan Tehranı tərk edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı hücumlardan sonrakı ilk iki gündə Tehranı tərk edənlərin sayının 100 minə çatdığını açıqlayıb.

Yol polisinin məlumatına görə, Tehrandan hər gün çıxan nəqliyyat vasitələrinin sayı 1000-dən 2000-ə qədər dəyişir. Tehranın boş küçələrində ABŞ-İsrail hücumunda öldürülən Ayətullah Əli Xameneyinin fotoşəkilləri diqqət çəkir. 

Tehranda fevralın 28-dən bəri gün ərzində davam edən hücumlar şəhərin bir çox yerlərində geniş dağıntılara səbəb olub. Təhlükəsizliyindən narahat olan insanların əksəriyyəti evdə qalır və yalnız zəruri ehtiyaclar üçün çölə çıxır.

Yumurta və kartof kimi əsas ərzaq məhsullarının qiymətlərinin də sürətlə artdığını qeyd edən ictimaiyyət benzin və çörək növbələrinin inanılmaz olduğunu bildirir. 

İnternet monitorinq şirkəti “NetBlocks” ölkədə bağlantının normal səviyyənin təxminən 1 faizi civarında olduğunu və rabitə kəsilməsinin 120 saatdan artıqdır davam etdiyini bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью