Olke.az saytına istinadən Icma.az xəbər verir. “Çimnazla biz qonşu idik.
Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq.
Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O 14, biz isə 16-cı mərtəbədə qalırdıq.
Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək.
Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı”.
Ölkə.Az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında bu gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib.
O daha sonra əlavə edib: “Bilirsiniz ki, mən “Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı.
Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq.