İnsanlar və robotlar arasında yarım marafon keçiriləcək

31.01.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin 2025-ci ilin aprelində unikal bir yarım marafona ev sahibliyi edəcək. 
Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, iqtisadi və Texnoloji İnkişaf Zonasında (E-Town) baş tutacaq yarışda minlərlə insan onlarla ikiayaqlı robotla mübarizə aparacaq.
Yarım marafonda 12 min insan iştirak edəcək. Təşkilatçılar yarışçılar üçün müəyyən tələblər də müəyyən ediblər – iştirakçıların boyu 0,5 metrdən 2 metrə qədər olmalıdır.
Qaliblər arasında mükafat fondu bölüşdürüləcək, istər insan olsun, istərsə də robot.

Ekspertlər hesab edirlər ki, təcrübəli idmançılar hələ də üstünlüyə malikdirlər. Bunun əsas səbəbi robotların sürətidir – onların saatda 8-12 km məsafə qət edə biləcəyi gözlənilir. Halbuki yarım marafonu 90 dəqiqə ərzində tamamlamaq üçün ən azı 14 km/saat sürətlə qaçmaq lazımdır. 


Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью