GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Konqonun Kvanqo əyalətində qripə bənzər simptomlarla müşahidə edilən sirli xəstəlik əksəriyyəti uşaq olmaqla 71 nəfərin həyatına son qoyub.
Globalinfo.az xəbər verir ki, bu barədə Konqo səhiyyə naziri Roje Kamba məlumat yayıb.
O, hökumətin xəstəlik səbəbindən həyəcan təbili çaldığını, xüsusi rejimə keçdiyini bildirərək, koronavirus dövrünü xatırladan tədbirlərin tətbiq olunmasını gündəmə gətirib.
Xəstəliyin simptomları arasında yüksək hərarət, baş ağrısı, nəfəs darlığı və qan azlığı var. Hələ ki xəstəliyin mənşəyi müəyyən edilməyib.
Əliyar Xəlil Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.