Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qaydalara əsasən sürücülər piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə verilən yerlərdə onların hərəkət sürətini, trayektoriyasını, eləcə də yol və hava şəraitini nəzərə almalı, nəqliyyat vasitəsinin sürətini vaxtında azaltmalı və təhlükəsiz keçməyə mane olmamalıdırlar.
Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"Unutmaq olmaz ki, piyadanın yolu təhlükəsiz şəkildə keçməsi üçün ona şəraitin yaradılması sürücünün diqqətindən, məsuliyyətindən və düzgün davranışından asılıdır", - məlumatda bildirilib.
BDYPİ bütün sürücüləri piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa, piyadaların təhlükəsiz hərəkətini üstün tutmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.